Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) saytı heç bir izahat verilmədən işləmir.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, Donald Trampın ABŞ tərəfindən maliyyələşdirilən xarici yardımı dondurması fonunda təşkilatda minlərlə məzuniyyət və işdən çıxarılma halları davam edir.
Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi ləğv etmək və onu Dövlət Departamentinə daxil edə biləcəyindən narahat olduqlarını bildiriblər.
Tramp və Konqresdəki respublikaçılar xarici yardım və inkişaf proqramlarının çoxunun israfçı olduğunu bildirirlər.
Qeyd edək ki, bu gün ABŞ dünyanın ən böyük humanitar yardım donorudur. Lakin ABŞ xarici yardıma büdcəsinin 1%-dən azını xərcləyir ki, bu da bəzi digər ölkələrlə müqayisədə daha azdır.