Serxio Ramosun yeni komandası bəlli oldu – Meksika klubuna keçir

İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramos karyerasını Meksikada davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında bildirib.

Futbolçu artıq Meksikanın “Monterrey” klubu ilə müqavilə imzalayıb. O, yaxın vaxtlarda yeni komandasına qoşulacaq.

38 yaşlı arxa xətt oyunçusunun son klubu peşəkar karyerasına başladığı “Sevilya” olub. 2023-cü ilin yayında azad agent kimi doğma komandasına qayıdan müdafiəçi ötən mövsüm “Sevilya”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More