Rusiya Xəzər dənizi üzərində Ukrayna ordusuna məxsus PUA-nı vurdu

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Xəzər dənizi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-nı məhv edib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Pilotsuz uçuş aparatı Moskva vaxtı ilə saat 7:50-də (Bakı vaxtı ilə 8:50) Xəzər dənizi üzərində vurulub”, – Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Ukrayna PUA-larının hücum təhlükəsi ilə əlaqədar bu gün Rusiyanın Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti dayandırılıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More