“Los-Anceles Leykers” ulduz basketbolçu Luka Donçiçin keçidini tamamladı

“Los-Anceles Leykers” klubu “Dallas Maveriks”dən Luka Donçiçi transfer edib.

Oxu.Az “Marca”ya istinadən xəbər verir ki, NBA-nın beşqat “All Star”ı olan Donçiç 2018-ci ildən bu yana ilk dəfədir ki, “Dallas Maveriks”dən başqa bir klubda çıxış edəcək.

Qeyd edək ki, bu mövsüm tez-tez zədələnən Donçiç cəmi 22 oyunda iştirak edib, orta hesabla 28.1 xal, 8.3 ribaund və 7.8 assistlə çıxış edib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More