“Fənərbağça” klubu ilə doqquz kubok qazanan hücumçu vəfat etdi

“Fənərbağça”nın və Türkiyə millisinin sabiq hücumçusu Ogün Altıparmak dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, 86 yaşında vəfat edib. Ogün 1963-1971-ci illərdə İstanbul klubunda çıxış edib. O, “sarı-lacivərdlər”in heyətində 9 kubok qazanıb. Bunun 4-ü Superliqada olub.

1970/71 mövsümünün sonunda Altıparmak Türkiyə çempionatının bombardiri olub.

Karyerası ərzində “Karşıyaka” və “Vaşinqton Vips”də də çıxış edən Ogün Altıparmaq Türkiyə millisinin heyətində 32 matça çıxaraq 6 qol vurub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More