Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Qeyd edək ki, Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbi ilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Xalq artisti daha sonra Reabilitasiya Mərkəzində müalicəsinə davam edib.
“Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Ənvər Həsənov yanvarın 31-də saat 15:00-da Tibbi Reabilitasiya Mərkəzinə yerləşdirilib:
“Hazırda Terapiya şöbəsində medikamentoz və fizioterapevtik müalicəsi davam edir”.
Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Aləmdə Nəsib