Asfalt özü-özünə “sağalmağa” başlayacaq

Böyük Britaniyada alimlər özünü bərpa edən asfalt hazırlayıblar.

Oxu.Az-ın “The Guardian”a istinadla verdiyi məlumata görə, bu barədə Suonsi Universitetinin alimləri bəyan ediblər.

Onların sözlərinə görə, bitumla kiçik bitki sporlarının qarışığı çatları “sağalda” biləcək. Özü də bunun üçün insan müdaxiləsi tələb olunmur.

Alimlər bildiriblər ki, çatların bərpası sayəsində yol örtüyünün dərinliyinə böyük ziyan vuran su düşməyəcək, bununla da səthin xidmət müddəti 30% artacaq.

Həmçinin vurğulanır ki, bu, yolda hərəkət sürücülər üçün daha rahat və stressiz olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More