Türkiyənin “Qalatasaray” klubu mövsümün əvvəlində “Fənərbağça”dan transfer etdiyi Mitçi Batşuayi ilə yolları ayırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.
Təcrübəli hücumçu karyerasını “Ayntraxt Frankfurt” klubunda davam etdirəcək.
“Sarı-qırmızılar” Batşuayinin keçidindən üç milyon avro gəlir əldə ediblər.
Qeyd edək ki, “Frankfurt” klubu Mitçi Batşuayi üçün əlavə bonus olaraq 500 min avro da ödəməli olacaq.