İmişlidə qadının qaçırılma səbəbi MƏLUM OLDU

İmişlidə qadının naməlum şəxslər tərəfindən qaçırılmasının səbəbi məlum olub.

Oxu.Az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, qadın məcburi nikaha daxil olmaq üçün qaçırılıb:

“Bir müddət əvvəl oğlanın ailəsi qaçırılan qıza elçi getsə də, onun ailəsi elçilərə yox cavabı verib”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İmişlidə qadın naməlum şəxslər tərəfindən qaçırılıb.

Oxu.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More