Balakəndə polis əməkdaşları tərəfindən saxta spirtli içkilər hazırlayaraq satışını təşkil edən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən beş nəfər müəyyən olunub.
Onlara məxsus Balakən, Zaqatala, Qax və Masazır qəsəbəsində yerləşən saxlanc yerlərinə baxış keçirilərkən xeyli sayda saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt, eləcə də digər avadanlıqlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.