Adı Ukrayna klubu ilə hallanan “Zirə”nin futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər

Avropanın aparıcı klubları “Zirə”nin futbolçusu Salifu Suma ilə maraqlanır.

Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serhat Kantoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Türkiyə təmsilçiləri “Beşiktaş” və “Fənərbaxça” Qvineyadan olan vingeri yaxından izləyirlər.

Qeyd edək ki, Salifi Sumanın “Zirə” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 21 yaşlı oyunçu cari mövsüm Azərbaycan Premyer Liqasında 19 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ilin yayında Fransanın “Havr” komandasından Bakı təmsilçisinə keçib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More