“ABŞ hökumətindəki maxinasiyalar nəticəsində ölkə büdcəsi hər il təqribən 700 milyard dollar itirir”.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Mask bildirib ki, federal hökumətdəki maxinasiyalar nəticəsində itkilər bütün ödənişlərin həcminin təqribən 10 faizini təşkil edir, bu da ildə təqribən 700 milyard dollara bərabərdir.
Sahibkar əlavə edib ki, ödənişlərin həcminin ən azı 15%-ni – təqribən 1 trilyon dollar – amerikalı məmurlar tərəfindən “aşkar israflar” təşkil edir.