2025-ci il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:

– ADİ ipoteka kreditləri üzrə:

06.02.2025-ci il tarixində saat 10:00-dan.

– GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:

07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcək.

Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar müraciətlərin kompüterlər (PC) və ya notbuk vasitəsilə (“touchscreen” funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More