Ağ Evdən yaradıcılığa: Co Bayden yeni işiylə bağlı müqavilə imzaladı

ABŞ-nin sabiq prezidenti Co Bayden yaradıcı peşə sahiblərinin maraqlarını təmsil edən ən nüfuzlu agentliklərdən biri olan “Creative Artists Agency” (CAA) ilə yenidən əməkdaşlıq müqaviləsi imzalayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə CAA-nın həmsədri Riçard Lovett özünün “Instagram” hesabından bəyan edib.

O, Baydenlə tərəfdaşlığın yenilənməsindən məmnunluğunu gizlətməyib.

“Daxili və beynəlxalq məsələlərdə ən hörmətli və nüfuzlu insanlardan biri ilə yenidən əməkdaşlıq etmək bizim üçün şərəfdir”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu, Co Bayden və CAA arasında ilk əməkdaşlıq təcrübəsi deyil. Agentlik 2017-2020-ci illərdə də siyasətçinin maraqlarını təmsil edib. Bunun nəticəsində Baydenin həyat və karyera hekayəsini bölüşdüyü “Promise Me, Dad: A Year of Hope, Hardship and Purpose” memuarı işıq üzü görüb.

Lakin bu dəfə 82 yaşlı demokratın CAA ilə əməkdaşlığının konkret məqsədləri hələ açıqlanmayıb.

Ekspertlər güman edir ki, Bayden kimi nüfuzlu siyasətçi konkret ideyalar olmadan agentliyə qayıtmazdı. Ola bilsin ki, keçmiş ABŞ prezidenti yeni kitab və ya başqa yaradıcı layihə üzərində işləməyi planlaşdırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More