Üç ölkə rəsmiləri Rəşt-Astara dəmiryol xətti ilə bağlı görüş keçirəcəklər

Rusiya, İran və Azərbaycanın Xarici İşlər, Nəqliyyat, Energetika nazirliklərinin və gömrük xidmətlərinin rəhbərləri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmiryol qolunun tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəklər.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.

“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, energetika nazirləri və gömrük xidmətləri rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”, – deyə İranlı diplomat qeyd edib.

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsinə dair sazişin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More