“Qaziantep” – “Qalatasaray” oyununu idarə edən hakim kafeyə buraxılmadı

Türkiyə Superliqasının XXII turunda “Qaziantep” – “Qalatasaray” matçını idarə edən Kadir Sağlam Qaziantepdə kafeyə buraxılmayıb.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli baş hakimin oyun zamanı qəbul etdiyi qərara etiraz edən “Qaziantep” klubunun azarkeşi ədalət qoruyucusunu kafesinə qoymayıb.

Qeyd edək ki, görüş “Qalatasaray” klubunun 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “cim-bom” 57 xalla turnir cədvəlinin vahid lideridir. Klub ən yaxın izləyici “Fənərbağça”nı 6 xal qabaqlayır. “Qaziantep” isə 26 xalla 12-cı sıradadır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More