İordan çayının qərb sahilinin taleyi: Tramp tarix açıqladı

ABŞ hökuməti İordan çayının qərb sahilinin aqibəti barədə öz mövqeyini növbəti dörd həftə ərzində açıqlamaq niyyətindədir.

Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

O, Vaşinqtonun bu ərazilərdə İsrailin suverenliyini tanıyıb-tanımayacağına dair sualı cavablandırıb.

“Biz bunu sizin bir çox nümayəndələrinizlə müzakirə edirik. Siz çox yaxşı təmsil olunursunuz və insanlar bu ideyanı bəyənirlər, lakin biz hələ bu barədə heç bir mövqe tutmamışıq. Amma biz növbəti dörd həftə ərzində bu mövzu ilə bağlı bəyanat verəcəyik”, – deyə Ağ Ev rəhbəri bəyan edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More