“Turan Tovuz” azarkeşləri klubu ziyana saldılar

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu 3500 manat cərimələyib.

Oxu.Az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının XXI turunda evdə “Səbail”lə oyunda (1:1) yaşananlara görə ziyana düşüb.

Sözügedən qarşılaşmada komandanın birbaşa qırmızı vərəqə alan futbolçusu Kauan Martins bir matçlıq cəzalanıb, kluba 1000 manat cərimə tətbiq olunub.

İlk hissənin sonunda meydan sahiblərinin məşqçisi Ruslan Abışov hakimin qərarına etiraza görə qırmızı vərəqə görüb. Mütəxəssisə biri şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib. Abışova 3 ay sınaq müddəti tətbiq edilib.

Tovuz təmsilçisi, həmçinin azarkeşlərin referilərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından əlavə 1000 manat ödəyəcək.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More