Rusiya ordusu yeni yaşayış məntəqələrini nəzarətə götürdü

Rusiya qoşunları bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qərb” qoşun qruplaşması bölmələrinin fəaliyyəti nəticəsində Xarkov vilayətinin Novomlınsk yaşayış məntəqəsi nəzarətə götürülüb.

“Həmçinin “Mərkəz” qoşun qruplaşmasının bölmələri düşmənin müdafiəsinin dərinliyinə irəliləyərək Donetsk vilayətinin Baranovka yaşayış məntəqəsini ələ keçiriblər”, – deyə Rusiya hərbi idarəsindən bildirilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More