Azərbaycan Kuboku: “Neftçi” səfərdə “Kəpəz”i məğlub etdi

Azərbaycan Kubokunun dörddəbir final mərhələsinin ilk oyununda “Neftçi” səfərdə “Kəpəz”lə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əvvəlcə Ağadadaş Salyanski 35-ci dəqiqədə hesabı açıb, ardınca isə Yuri Matias 69-cu dəqiqədə fərqi ikiyə yüksəldib.

Xatırladaq ki, bu gün dörddəbir final mərhələsi çərvçivəsində daha bir görüş keçiriləcək. “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunlarına sabaha keçiriləcək “Araz-Naxçıvan” “Zirə”, “Səbail” “Qarabağ” görüşü ilə yekun vurulacaq. Cavab oyunları isə fevral ayının 27 və 28-də keçiriləcək.

Bu gün Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına iki görüşlə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Kəpəz” klubu “Neftçi”ni saat 16:00-da, “Sabah” isə “Sumqayıt”ı saat 18:30-da qəbul edəcək.

Qeyd edək ki, dörddəbir final mərhələsinin qalan iki oyunu fevralın 6-da keçiriləcək. “Araz-Naxçıvan” klubu “Zirə” ilə, “Səbail” isə “Qarabağ”la qarşılaşacaq. Cavab görüşləri isə fevralın 27 və 28-də keçiriləcək.

5 fevral

Azərbaycan Kuboku

¼ final mərhələsi

Saat 16:00, “Kəpəz” – “Neftçi” (Tovuz şəhər stadionu);

Saat 18:30, “Sabah” – “Sumqayıt” (“Bank Respublika Arena”).



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More