İtaliya Kubokunda 1/4 finalın ikinci görüşü baş tutub.
Oxu.Az xəbər verir ki, “Milan” doğma San-Siroda “Roma”nı qəbul edib.
“Rossonyerilər” “canavar”lardan üstün olublar – 3:1. Abraham dublla yadda qalıb.
Qeyd edək ki, “Milan”yarımfinalda “İnter” – “Latsio” cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, ötən gün baş tutan ilk 1/4 final oyununda “Atalanta” “Boloniya”ya minimal hesabla uduzaraq (0:1) yarışı tərk edib. Sonuncusu yarımfinalda “Yuventus” – “Empoli” cütünün qalibi ilə üz-üzə gələcək. Kubokun hazırkı sahibi də məhz “qoca sinyora”dır.
Comments are closed, but trackbacks and pingbacks are open.