Filippində təyyarə qəzası: Ölənlər var

Filippinin cənubunda “Beech King Air 350” tipli şəxsi təyyarə qəzaya uğrayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Filippin dövlət xəbər agentliyi məlumat verib.

Məlumata görə, qəza nəticəsində dörd nəfər həyatını itirib.

Bildirilir ki, təyyarə qəzası böyük yaşayış məntəqələrindən uzaqda baş verib. Hadisə yerinə ilk olaraq yaxınlıqdakı kəndlərin sakinləri gəliblər və həlak olanların cəsədlərini təyyarənin qalıqları altından çıxarıblar.

Filippin aviasiya rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıblar.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More