Ağ Ev USAID-in absurd xərclərindən danışdı: “Ermənistanda LGBT-nin fəallığını dəstəkləyiblər”

Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) absurd xərclərinin yeni siyahısını açıqlayıb.

Bu barədə Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bunlar arasında Qvatemalada cinsiyyətin dəyişdirilməsi üçün 2 milyon dollar, Misirdə turizmin maliyyələşdirilməsi üçün 6 milyon dollar, İraqda yeni “Sezam küçəsi” şousu üçün 20 milyon dollar, Qazaxıstanda dezinformasiya ilə mübarizə üçün 4.5 milyon dollar kimi xərclər var.

Qeyd edək ki, daha əvvəl Levitt USAID-in digər qəribə xərclərini də səsləndirmişdi ki, onlar arasında terror təşkilatlarının dəstəklənməsi və transgender komikslərinin yaradılması da var idi.

“Co Baydenin Administrasiyası milyonlarla dolları axmaq şeylərə xərcləyib”, – deyə o bildirib və əvvəlki hakimiyyətləri büdcə vəsaitlərini mənasız yerə israf etməkdə günahlandırıb.

USAID-in digər mübahisəli xərcləri arasında Qvatemala, Ermənistan, Uqanda, Cənubi Afrika və Balkan ölkələrində LGBT fəallığına dəstək, “müxtəliflik və inklüzivlik” üzrə müxtəlif təşəbbüslərin maliyyələşdirilməsi, Şri-Lankada gender jurnalistikasının təşviqi, həmçinin “Əl-Qaidə” terror qruplaşmasının üzvləri üçün nahar yeməyinin təşkili kimi bəndlər də var.

Bu xərclərin açıqlanması bir daha ABŞ dövlət agentliklərinin, xüsusən də USAID-in büdcə vəsaitlərindən istifadəsinin məqsədəuyğunluğu və səmərəliliyi ilə bağlı suallar doğurur. Tənqidçilərin fikrincə, xaricdə şübhəli layihələrə bu cür məntiqsiz xərclər ABŞ-nin özünün daxilində maliyyələşdirmə tələb edən çoxlu aktual problemlərin olduğu bir vaxta təsadüf edir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More