“Las Palmas” klubunun kapitanı yenidən xərçəng xəstəliyinə tutulub

İspaniya La Liqasının təmsilçisi “Las Palmas”ın kapitanı Kirian Rodriges yenidən xərçəng xəstəliyinə tutulub.

Oxu.Az xəbər verir ki, 3 il əvvəl də eyni xəstəlikdən əziyyət çəkən futbolçu 8 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmışdı.

Lakin yenidən eyni xəstəliyə düçar olan 28 yaşlı yarımmüdafiəçi qarşıdakı görüşlərdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, K.Rodriges cari mövsüm La Liqada 21 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More