İspaniya millisinin sabiq futbolçusu Serxio Ramosun yeni klubu məlum olub.
Oxu.Az xəbər verir ki, 38 yaşlı müdafiəçi Meksikanın “Monterrey” klubuna keçib.
Bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb. Ramosla 1 illik müqavilə imzalanıb.
Serxio azad agent kimi komanda qoşulub. O, daha əvvəl “Sevilya”, “Real Madrid”, PSJ kimi klublarda çıxış edib.
Comments are closed, but trackbacks and pingbacks are open.