“Barselona”ya dörddəbir final mərhələsində böyük hesabla məğlub olan “Valensiya” 75 il sonra İspaniya kuboku tarixində ən ağır ev məğlubiyyətini alıb.
Oxu.Az xəbər verir ki, “yarasalar” 1/4 finalda “Barselona”ya 0:5 hesabı ilə məğlub olub.
Valensiya şəhərinin eyniadlı təmsilçisi bunadək kubokun ev oyunlarında beş top fərqi ilə uduzmamışdı. Əvvəlki antirekord 1950/51 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Real Madrid” 1/8 finalda “Valensiya”ya 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Barselona”ya qədər “Real”, “Atletiko” və “Real Sosyedad” da yarımfinala yüksəlib.
Comments are closed, but trackbacks and pingbacks are open.