Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.
Oxu.Az xəbər verir ki, turnirin üçüncü günündə dörd kişi və iki qadın güləşçimiz döşək üzərinə çıxacaqlar.
Bunlar Murad Məmmədov, Ziya Babaşov (hər ikisi – 63 kq), 2024-cü il Olimpiya mükafatçısı Həsrət Cəfərov, Fərid Xəlilov (hər ikisi – 67 kq), Alyona Kolesnik və Günay Qurbanovadır (hər ikisi – 59 kq).
Hazırda Azərbaycanın hesabında yeddi (1-3-3) medal var: Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq), Arseni Djioyev (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq) və Abubakar Abakarov (92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, fevralın 9-dək davam edəcək reytinq turnirində Azərbaycan ümumilikdə 33 güləşçi ilə təmsil olunur.
Comments are closed, but trackbacks and pingbacks are open.