Emin Əmrullayev: “Neftçi” Azərbaycan futbolunun simasıdır”

“Bu müqavilə “Neftçi”nin strateji inkişafı üçün önəmlidir”.

Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin İdarə Heyətinin üzvü Emin Əmrullayev klubun “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.

O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:

“Neftçi” Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. “Neftçi”yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil, amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik”.

Anar Həsənov



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More