Azərişıq” rəsmisi: “Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir

“İşğaldan azad olunmuş ərazilərdə 35 kVt-lıq yeni güc mərkəzlərinin tikintisi davam edir”.

Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

O bildirib ki, Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kVt-lıq “Minkənd” yarımstansiyasının inşası, “Ağbulaq-SES” və “Minkənd” yarımstansiyaları arasında 35 kVt-lıq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir:

“Xocalıda “Xocalı” yarımstansiyası və idarəetmə mərkəzinin tikintisi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə “Zoğalbulaq” yarımstansiyasının tikintisi, Hadrutda “Qovşaq” yarımstansiyası ilə “Zoğalbulaq” yarımstansiyası arasında 35 kVt-lıq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsədilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlama işləri gedir.

O həmçinin qeyd edib ki, Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədli və Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kVt-lıq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir.

Aləmdə Nəsib



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More