Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin mahiyyəti və istifadə qaydaları barədə təlimat hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə ƏMDX məlumat yayıb.
Qeyd olunub ki, ƏMDX-nin saytında yerləşdirilən təlimatda elektron xidmətin istifadəsi və müraciətin rəsmiləşdirilməsi qaydaları, tələb olunan sənədlər, baxılma proseduru və mərhələlərlə bağlı zəruri məlumatlar yer alıb. Məqsəd müraciət edən torpaq mülkiyyətçiləri tərəfindən daxil olan sənədlərin tam və düzgün tərtib olunmasına, elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılmasına nail olmaqdır.
Həmçinin təlimat vasitəsilə mülkiyyətçilərin müraciətlə bağlı yarana biləcək sualları aydın formada və sənəd nümunələri ilə cavablandırılıb.
“Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidmətinin istifadəsinə dair təlimatla https://bit.ly/416l0en linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, müraciətlərin düzgün qəbulu, etibarlılığı və vaxtında cavablandırılması üçün müraciət edən subyektlər qanunla müəyyən edilmiş elektron imzalara sahib olmalı, əlavə olunmalı sənədlərin tamlığı və dürüstlüyü təmin edilməlildir.
Comments are closed, but trackbacks and pingbacks are open.