Bəhram Rəcəbzadə Rotterdamda növbəti döyüşünə çıxacaq

Azərbaycan kikboksçusu, İslam Həmrəyliyi Oyunlarının, Dünya və Avropa çempionatlarının qalibi Bəhram Rəcəbzadə “GLORY” təşkilatının peşəkar turnirində mübarizə aparacaq.

Oxu.Az xəbər verir ki, turnir apreldə Niderlandın ikinci böyük şəhəri olan Rotterdamda keçiriləcək və B.Rəcəbzadə 95 kq çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, B.Rəcəbzadə həm 95 kq, həm də daha ağır çəki dərəcələrində “GLORY” reytinqində ikinci yeri tutur. Onu hər iki çəki dərəcəsində növbəti titul döyüşləri gözləyir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More