Pentaqon rəhbəri: “Çin ABŞ-nin dünyada hökmranlığını sarsıtmaq istəyir”

“Çin hökmranlığa can atır və ABŞ-nin dünyadakı hökmranlığını sarsıtmaq niyyətindədir”.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Pentaqonun üzvləri ilə görüşdə deyib.

“Mən sizə deməliyəm ki, biz çox təhlükəli dövrlərdə yaşayırıq, elə güclər var ki, imkanları olsa, məmnuniyyətlə yüksələcək və Qərbin güc, imkan və inanclarını rədd edəcəklər”, – Heqset bildirib.

Heqset digər məsələlərlə yanaşı qeyd edib ki, onun fikrincə, Çin kommunistləri dünyaya tamamilə fərqli baxışa can atırlar.

“Onlar bunu iqtisadi dirçəlişləri sayəsində edirlər. Buna görə də, ABŞ buna hazır olmalıdır”, – Pentaqon rəhbəri yekunlaşdırıb.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More