“Real Madrid” klubunun sabiq müdafiəçisi Serxio Ramos yeni transfer olunduğu Meksikanın “Monterrey” klubunda 93 nömərli formanı geyinəcək.
Oxu.Az xəbər verir ki, əfsanəvi müdafiəçi bu nömrəni seçmə səbəbi olaraq “Atletiko Madrid”ə qarşı UEFA Çempionlar Liqasının final matçında 90+3-cü dəqiqədə vurduğu qolu göstərib.
O, bu qolun həyatında əvəzsiz yerə sahib olduğunu və onu ömrü boyu unutmayacağını qeyd edib.
Comments are closed, but trackbacks and pingbacks are open.