“Neftçi” hücum xəttini “Everton”un sabiq futbolçusu ilə gücləndirir

“Neftçi”nin danışıqlar apardığı iki hücumçudan biri artıq Azərbaycana gəlib.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 27 yaşlı Bassala Sambu yerində görüşmələr keçirmək, həmçinin klubun şəraiti ilə yaxından tanış olmaq üçün Bakıya təşrif buyurub.

İngiltərə pasportu daşıyan ön xətt oyunçusu futbolda ilk addımlarını “Koventri Siti”də atıb. 2016-2019-cu illəri “Everton”da keçirib.

Daha sonra Niderlanda yollanıb, 3 il “Fortuna Sittard”a məxsus olub. “Fortuna” onu bu müddətdə Danimarka “Randres”inə icarəyə verib.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More