Azərbaycan Premyer Liqasının dünya reytinqindəki yeri bəlli olub

Futbol liqalarının qlobal reytinqi açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda dünyanın ən güclü 100 çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası (APL) cədvəldə 51-ci yerdə qərarlaşıb. Çempionatımızın əmsalı 20.564-ə bərabərdir. APL 2024-cü ilin iyulundakı reytinqlə müqayisədə 8 pillə geriləyib.

Siyahıya isə İngiltərə Premyer Liqası (İPL) başçılıq edir – 1342.659 xal. İspaniya La Liqası 907.614 xal, İtaliya A seriyası 900.564 xal, Almaniya Bundesliqası 776.588 xal, Fransa Liqa1-i 596.086 xalla beşlikdədir. Türkiyə Superliqası isə 178.403 xalla ilk onluğu tamamlayıb.

Qeyd edək ki, cədvəldə təkcə yüksək deyil, aşağı liqalar da nəzərə alınıb. İngiltərə Çempionşipi 174.889 xalla ümumi siyahıda 11-cidir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More