ABŞ Prezidenti Donald Trampın Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə namizədi Keş Patel ötən il Rusiya vətəndaşına məxsus kinoşirkətdən 25 min dollar alıb.
Oxu.Az “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, söhbət həm də ABŞ vətəndaşı olan kinorejissor İqor Lopatyonokun rəhbərlik etdiyi “Global Tree Pictures” şirkətindən gedir.
Şirkət “dərin dövlət” haqqında sui-qəsd nəzəriyyələrini və anti-Qərb baxışlarını təbliğ edən proqramlara prodüserlik edir. “Prezidentin bütün adamları: Trampa qarşı sövdələşmə” adlı 6 seriyalı sənədli film noyabrda çıxıb.
FTB-nin gələcək direktoruna sənədli filmdə iştiraka görə pul ödəyiblər.
Comments are closed, but trackbacks and pingbacks are open.