Türkiyə Superliqasının 23-cü turunda “Beşiktaş” səfərdə “Sivasspor”un qonağı olub.
Oxu.Az xəbər verir ki, matçın taleyini 2 qol həll edib.
İstanbul klubunun yeni üzvü Emirhan Topçu komandada qol hesabını açıb. Joau Mariu isə penaltidən fərqi artırıb – 0:2.
Bu qələbədən sonra “qartallar” turnir cədvəlində 35 xalla ilk beşliyi qapayır. Sivas təmsilçisi isə 23 xalla 15-ci pillədə qərar tutub.
Comments are closed, but trackbacks and pingbacks are open.