Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub.

Oxu.Az bildirir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmin şəxs Goranboyun Bağçakürd kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir.

Qeyd edək ki C.Əliyev sözügedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More