“Qalatasaray”ın oyunu yarımçıq qaldı – Rəqib komanda meydançanı tərk etdi

Superliqanın 23-cü turunda keçirilən “Qalatasaray” – “Adana Dəmirspor” matçı yarımçıq qalıb.

Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, matçın 33-cü dəqiqəsində adanalılar meydanı tərk etmək qərarına gəlib.

“Adana Demirspor”un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri oyun meydanını tərk ediblər.

Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Oyun dayandırılarkən “Qalatasaray” 1:0 öndə idi. Yeganə 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More