Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Fevralın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Dağlıq ərazilərə yağan qar örtüyünün hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Xaltan, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.
Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-də və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
Comments are closed.