“Qalatasaray”la görüşdə meydanı tərk edən “Adana Dəmirspor”u hansı cəza gözləyir?

Türkiyə Super Liqasının XXIII turunda “Qalatasaray” – “Adana Dəmirspor” matçında xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, qonaq komanda görüşün 30-cu dəqiqəsində meydanı tərk etdiyi üçün oyun dayandırılıb.

Məsələ ilə bağlı açıqlamasında keçmiş hakim Deniz Çoban “Adana Dəmirspor” klubunu sərt cəzanın gözlədiyini bildirib.

Deniz Çobanın sözlərinə görə, “Adana Dəmirspor” klubunun bu hərəkətinə görə üç xalı silinəcək. Bundan əlavə isə görüş “Qalatasaray” klubunun 3:0 hesablı texniki qələbəsi ilə başa çatacaq. Komandanı gözləyən ən böyük cəzalardan biri isə Türkiyə Super Liqasından kənarlaşdırılması variantıdır.

Belə ki, oyunu icazəsiz olaraq yarımçıq dayandırmaq və meydanı tərk etmək komandanın aşağı liqaya düşməsinə səbəb ola bilər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası daha öncə də “Adana Dəmirspor” klubunu bəzi əskikliklərin olması səbəbindən cəzalandırmış və üç xalını silmişdi.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More