Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Mercedes-Benz” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.
Sürücü E.Həsənov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.
Comments are closed, but trackbacks and pingbacks are open.