18 yaşlı azərbaycanlı atlet ölkə rekordunu təzələdi

Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İdmançı fevralın 8-də baş tutmuş yarışda 1 dəqiqə 59.72 saniyə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.

Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More