Özbəkistanda magistral qaz kəmərində yanğın baş verib

Özbəkistanın Buxara vilayətində magistral qaz kəmərinin bir hissəsində qaz sızması baş verib və bu da yanğınla nəticələnib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Özbəkistanın Energetika Nazirliyi öz “Telegram” kanalında məlumat verib.

“Bu gün, fevralın 10-da Buxara vilayəti ərazisindən keçən 1020 mm diametrli magistral kəmərdə qaz sızması və yanğın baş verib”, – deyə məlumatda bildirilib.

Hazırda fəsadların aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Heç kəsin xəsarət almadığı qeyd edilib.

Özbəkistanda magistral qaz kəmərində yanğın baş verib







Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More