Qobustanda ölümlə nəticələnən dəhşətli avtomobil qəzasının səbəbi AÇIQLANDI

“Bu gün Qobustanda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb”.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

“Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 81-ci km-də, Mərəzə şəhəri ərazisində baş verib.

Şamaxı rayon sakini Əli Kamil oğlu Mahmudov idarə etdiyi “Hyundai Sonata” markalı, 90-BA-765 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini sərt döngədə itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücünün anası Ramidə Mahmudova hadisə yerindəcə həyatını itirib.

Sürücü və digər sərnişini Səbinə Sabit qızı Mahmudova xəsarət alıblar.

İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücü diqqətsizliyi olub”, – deyə M.Ağayev bildirib.

O qeyd edib ki, BDYPİ sürücülərdən bir daha yollardakı sürət həddinə əməl etməyi, özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamağı tələb edir.

Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, bu gün saat 15 radələrində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücünün anası 1971-ci il təvəllüdlü Ramidə Talıb qızı Mahmudova ölüb.

Sürücü, 32 yaşlı Əli Mahmudov və həyat yoldaşı xəsarət alıblar.

Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib Oxu.Az-a bildirilib ki, ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əzizə İsmayılova



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More