Azərbaycan qeyri-neft-qaz ixracını 11%-ə yaxın artırıb

Bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10.7% artaraq 245.8 milyon ABŞ dolları təşkil edib.

Oxu.Az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Bildirilib ki, son bir ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 19.7% artaraq 84.2 milyon ABŞ dolları olub.

Hesabat dövründə aqrar məhsulların ixracının dəyəri 10.4% artaraq 64.8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 44.3% artaraq 22.2 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17.5% artaraq 87.1 milyon ABŞ dolları təşkil edib.

İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 2.8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 34.9%, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 39.2%, üzvi kimyəvi birləşmələrin ixrac dəyəri isə 52.4% artıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More