Ançelotti: “Mançester Siti”nin nəticələri məni təəccübləndirir”

“Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti “Mançester Siti”ni Avropanın ən güclü klublarından biri hesab etdiyini, lakin “şəhərlilər”in bu mövsüm göstərdiyi nəticələrə görə təəccübləndiyini bildirib. 

Oxu.Az xəbər verir ki, “Mançester Siti”nin uğursuzluqları fonunda bu açıqlamanı 65 yaşlı mütəxəssis AS agentliyinə müsahibəsində deyib. 

“Mən hələ də “Mançester Siti”ni Avropanın ən yaxşı komandalarından biri və klublar üçün ən çətin rəqib hesab edirəm. Onların baş məşqçisi Xosep Qvardiola çox güclüdür. Təbii ki, onların son nəticələri məni təəccübləndirir. Onlar zədələr və bir neçə məğlubiyyətlə yadda qalan çətin dövr keçirdilər, ancaq indi gördüklərim “Mançester Siti”nin rəqabətqabiliyyətli komanda olduğunu göstərir. O, öz normal vəziyyətinə qayıdıb”, – deyə K.Ançelotti vurğulayıb.

Xatırladaq ki, Premyer Liqanın 24 turundan sonra “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 5-ci yerdədir. “Şəhərlilər”in 41 xalı var və lider “Liverpul”dan 15 xal geri qalır. X.Qvardiolanın futbolçuları noyabr-dekabr aylarında İngiltərə Premyer Liqasında ardıcıl dörd məğlubiyyət görüblər. 



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More