Bakı funikulyoru tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib.
İlk dəfə 1960-ci il mayın 5-də istifadəyə verilib. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyor “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” olaraq iki stansiyadan ibarətdir.
Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.
Stansiyalar arası məsafə 455 metr, qatarın maksimal sürəti saniyədə 3 metr, vaqonların oturacaq sayı 28, yolu qətetmə zamanı dörd dəqiqədir. Müxtəlif vaxtlarda təmirə bağlanan funikulyor sonuncu dəfə 2012-ci il mayın 23-ü əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
PhotoStock.Az-ın əməkdaşı funikulyordan fotoreportaj hazırlayıb:
Daha çox foto burada: PhotoStock.Az.da
Comments are closed, but trackbacks and pingbacks are open.