Bakının Zаbrаt qəsəbəsində yеrləşən “Ruzi” mаrkеtdən alınan çörəkdən siqaret kötüyü çıxması iddiası ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama aparıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb:
“Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir”.
Məhərrəm Əliyev
Comments are closed, but trackbacks and pingbacks are open.