“Qarabağ” Azərbaycan çempionatları tarixində əsrin rekorduna imza atdı

“Qarabağ” Azərbaycan çempionatları tarixində XXI əsrin rekorduna imza atıb.

Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna “Səbail”ə 5:0 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının XXII turunun oyununda nail olub.

75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bununla da ölkə çempionatları tarixində XXI əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək 5-ə çatıb.

Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/2022 mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlmişdilər.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More